Əlcəzair Nigerdəki əməliyyat üçün Fransaya öz hava məkanını vermədi - ÖZƏL
22 Avqust 2023 14:39 DünyaOlaylar.az xəbər verir ki, Əlcəzair Nigerdə hərbi əməliyyat keçirmək üçün Fransanın hava məkanı üzərindən uçmaq istəyini rədd edib.
"Əlcəzair Nigerdə hərbi əməliyyat keçirmək üçün Fransanın öz hava məkanı üzərindən uçuş tələbini rədd edib", - deyə məlumatda bildirilib.
Əlcəzair hakimiyyəti qonşu Nigerdə istənilən xarici hərbi əməliyyata qarşı olduqlarını və konstitusiya nizamını bərpa etmək üçün diplomatik yolları dəstəklədiklərini vurğulayıb.
Avqustun 21-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nigerə hərbi müdaxiləni qəbuledilməz adlandırıb . O, hərbi müdaxilə ilə bağlı qərarın bir çox Afrika ölkələrində sabitliyin pozulmasına gətirib çıxaracağını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31