Ukrayna Bolqarıstanı ona alternativ taxıl dəhlizi ilə kömək etməyə çağırıb - ÖZƏL

Ukrayna Bolqarıstandan alternativ taxıl dəhlizi ideyasını dəstəkləyəcəyini gözləyir. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin Afinada Ukrayna-Balkan sammiti çərçivəsində Bolqarıstanın baş naziri Nikolay Denkovla görüşündən sonra məlumat verilib.

"Qara dənizdə dayanıqlı təhlükəsizliyin təmin edilməsi və taxıl dəhlizinin alternativ üsullarla fəaliyyətinin təmin edilməsi məqsədilə Qara dəniz ölkələri arasında əməkdaşlıq müzakirə edilib", -deyə  məlumatda deyilir.

Sənəddə həmçinin Kiyevin taxıl dəhlizi üçün alternativ marşrutlardan istifadə etməyə hazır olduğu və bu məsələdə Bolqarıstanın dəstəyinə ümid etdiyi bildirilir.

Bundan əvvəl Zelenskinin Ukraynanın Qara dənizdəki taxıl dəhlizinin qorunması tələbi ilə Yunanıstana  müraciət etdiyi bildirilirdi .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31