Vnukovo və Domodedovo hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb — ÖZƏL

"Təhlükəsizliyin təmin edilməsi məqsədilə səhər tezdən Moskvanın Vnukovo, Domodedovo hava limanlarına və oradan reyslər müvəqqəti olaraq məhdudlaşdırılıb, lakin Moskva vaxtı ilə səhər saat 4:30-da uçuşlara gəliş-gedişlə bağlı məhdudiyyətlər götürülüb".

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi verib.

"Mülki təyyarələrin təhlükəsizliyini təmin etmək məqsədilə Moskvanın "Vnukovo" və "Domodedovo" hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Bunlardan 9 sərnişin reysi alternativ hava limanlarına yönləndirilib", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31