Şimali Koreya hərbi peyk buraxmağı planlaşdırır - ÖZƏL
22 Avqust 2023 12:58 DünyaYaponiya hökuməti bildirib ki, KXDR-in avqustun 24-dən 31-dək hərbi peyk buraxacağı barədə bildiriş alıb.
Məlumata görə, plan mayın sonunda uğursuzluqla başa çatan hərbi kəşfiyyat peykinin buraxılması üzrə ikinci cəhdi əks etdirir.
Yaponiya Sahil Mühafizəsi buraxılışla bağlı üç təhlükə zonası barədə məlumatlandırılıb. Onlardan ikisi Koreya yarımadasının qərbində, digəri Filippinin Luzon adasının şərqində yerləşir.
Mayın 31-də Şimali Koreyanın kəşfiyyat peykinin buraxılışı uğursuzluqla başa çatıb. Tədbiri KXDR hakimiyyəti ən ciddi uğursuzluq adlandırıb . Bu barədə Koreyanın hakim Fəhlə Partiyası (WPK) Mərkəzi Komitəsinin ölkə lideri Kim Çen Inın iştirakı ilə keçirilən genişləndirilmiş plenumunun yekunlarına dair hesabatda deyilir .
Yaponiyanın baş naziri Fumio Kişida KXDR-in Yerin süni peykini buraxmaq planları ilə bağlı gözlənilməz vəziyyətlərə hazırlaşmağa çağırıb .