Şimali Koreya 24-31 avqust tarixlərində peyk buraxmağı planlaşdırır - ÖZƏL

"Şimali Koreyanın avqustun 24-dən avqustun 31-dək peyk buraxmaq planları barədə məlumat verilib".

Olaylar.az xəbər verir ki, bunu Yaponiyanın sahil mühafizəsi bildirib.

Ehtimal edilən buraxılışın mayın sonunda uğursuz buraxılışın təkrar sınağı olacağı və orbitə hərbi kəşfiyyat peyki çıxaracağı gözlənilir.
Mayın 31-də Şimali Koreya ilk hərbi kəşfiyyat peykini orbitə çıxarmağa cəhd edib. "Malliqyonq-1" hərbi kəşfiyyat peykini daşıyan "Çollima-1" raketi ikinci mərhələdə mühərrik problemləri və yanacağın qeyri-sabitliyi səbəbindən Sarı dənizə düşüb. Şimali Koreya səlahiyyətliləri müvafiq problemləri həll etdikdən sonra yaxın gələcəkdə növbəti buraxılışı həyata keçirməyi planlaşdırdıqlarını açıqladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31