Xersonda məktəblər bu formada fəaliyyət göstərəcək
21 Avqust 2023 22:40 Dünya"Sentyabrın 1-dən Xerson vilayətindəki məktəblərdə hərbiləşdirilmiş mühafizə olacaq".
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo "Tavria" telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, hər bir məktəbdə xüsusi post quraşdırılacaq. Burada hərbiləşdirilmiş mühafizə və videomüşahidə sistemi olacaq.
O əlavə edib ki, rayonda hərbi vəziyyətin tətbiqinə və keçid dövrünün davam etməsinə baxmayaraq, bütün xidmətlər dərs ilinin başlanmasına hazırlaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31