Vuçiç Zelenski ilə qapalı GÖRÜŞ KEÇİRƏCƏK
21 Avqust 2023 21:27 DünyaSerbiya Prezidenti Aleksandr Vuçiç ukraynalı həmkarı Vladimir Zelenskinin xahişini qəbul etdiyini və avqustun 22-də onunla təkbətək görüş keçirəcəyini açıqlayıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə o, Afinaya səfəri zamanı jurnalistlərə bildirib.
"Vətəndaşlara bildirmək istəyirəm ki, sabah səhər Ukrayna prezidentinin xahişi ilə onunla ikitərəfli görüş keçirəcəm. Beləliklə, mən Vladimir Zelenski ilə oturub bu yaxınlarda Kosovada baş verən bütün proseslər, ərazi bütövlüyünün tanınması və tanınmaması, bütün digər məsələlər haqda təkbətək danışacağam", - Serbiya lideri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31