BRİKS beşliyi 50-dən çox ölkənin liderləri ilə görüşəcək - ÖZƏL
21 Avqust 2023 19:56 DünyaOlaylar.az xəbər verir ki, BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) liderləri 50-dən çox dövlət və beynəlxalq təşkilatın rəhbərləri ilə görüşəcəklər.
"Beşlik" liderləri dünyanın 50-dən çox ölkəsinin liderlərinin və regional təşkilatların icra strukturlarının rəhbərlərinin dəvət olunduğu "BRICS plus/outreach" formatında görüş keçirəcəklər. Bu görüş avqustun 22-24-də Yohannesburqda keçiriləcək BRİKS sammiti zamanı baş tutacaq.
Bundan əvvəl Cənubi Afrika Xarici İşlər Nazirliyi avqustun 22-24-də keçiriləcək BRİKS sammitində neçə dövlət başçısının iştirak edəcəyini açıqlamışdı.
Financial Times-ın məlumatına görə, qarşıdan gələn BRİKS sammitinin əsas mövzularından biri təşkilatın son 10 ildə ən böyük genişlənməsi olacaq. Pekin nümayəndə heyətinin nümayəndələrindən birinin dediyinə görə, yeni üzvlərin uğurla qəbul ediləcəyi təqdirdə, klub ixtiyarında dünya ÜDM-in həcminə görə G7 ilə müqayisə edilə bilən paya malik olacaq.
Daha əvvəl Putin BRİKS sammitinə getməkdən imtina etməsini izah edib.