Kabildə güclü partlayış baş verdi

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Aamaj Nyus" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin mərkəzində avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Tələfatla bağlı məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31