Türk lirəsi bütün zamanların ən aşağı səviyyəsinə çatıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyənin valyutası 1 dollar üçün 27,22 lirəyə düşüb.

Avqustun 21-də keçirilən hərracda türk lirəsinin dollara qarşı məzənnəsi bir dollar üçün 27,2 lirə həddini keçərək tarixi minimuma enib. Moskva vaxtı ilə səhər saat 9:46-a olan məlumata görə, lirənin məzənnəsi bir dollar üçün 27,22 (-0,7%) lirəyə düşüb. Saat 14:14-də məzənnə 27.16-a qədər geriləyib. Bunu TradingView platformasının məlumatları sübut edib. 

Bundan əvvəl lirənin Rusiya rublu və Argentina pesosu ilə birlikdə dünyanın ən zəif üç valyutası sırasında olduğu bildirilib. Belə ki, avqust ayında Argentina Mərkəzi Bankı üçrəqəmli inflyasiya fonunda pesonu 18% devalvasiya edib.

Türk lirəsinin ucuzlaşmasına bir sıra amillər, o cümlədən iqtisadi problemlər, həmçinin Türkiyə Mərkəzi Bankının milli valyutanı dəstəkləmək üçün valyuta ehtiyatlarından istifadə etməmək qərarı və bank sektorunda tənzimləmənin yumşaldılması səbəb olub. Digər səbəb isə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın inflyasiyanı azaltmaq üçün əsas faiz dərəcəsini artırmaq istəməməsidir. Onun  fikrincə, yüksək faizlər yalnız inflyasiyanı sürətləndirir. Bununla razılaşmadığı üçün son illər Türkiyə Mərkəzi Bankının bir neçə rəhbəri birdən işdən çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31