Havay adalarında baş verən yanğınlardan sonra 1000-dən çox insan itkin düşüb - ÖZƏL

"Havay adalarının Maui adasındakı dağıdıcı meşə yanğınları nəticəsində 1000-dən çox insan itkin düşüb, axtarış əməliyyatı davam edir".

Olaylar.az xəbər verir ki, bunu Havay adalarının qubernatoru Coş Qrin bildirib.

O, itkin düşən 1050 nəfərin axtarışının bir neçə həftə çəkəcəyini bildirib. Qrinin sözlərinə görə, ərazilərin 85%-i tədqiq olunub və indi böyük tikililəri tədqiq etmək lazım gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31