50-yə yaxın təyyarə Moskvaya enə bilməyib, digər hava limanlarına yönləndirilib - ÖZƏL

"Moskvanın hava məkanından istifadə ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb, təxminən 50 təyyarə digər hava limanlarına yönəlib".

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Hava Nəqliyyatı üzrə Federal Agentlik bildirib.

"45 sərnişin reysi və iki yük reysi Nijni Novqorod, Kazan və Sankt-Peterburqda alternativ hava limanlarına yönləndirilib. Hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər götürüldükdən sonra qeyd olunan reyslərdən sərnişinlər təyinat hava limanlarına çatdırılacaq", - bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31