Gürcüstan Rusiyadan enerji ehtiyatlarının alışını artırıb - ÖZƏL

2023-cü ilin yanvar-iyul aylarında Gürcüstan Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını  ötən ilin eyni dövrü ilə müqayisədə 44,2% artırıb. Olaylar.az xəbər verir ki, bu barədə  Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqı  yayıb. 

Bu dövrdə ölkəyə maye qaz idxalı 31,5 min ton təşkil edib. Bu həcmin 31,36 min tonu və ya 99,6%-i Rusiyadan tədarük edilib.

Bundan əlavə, İttifaqın məlumatına görə, bu ilin 7 ayı ərzində neft bitumunun idxalı 22,2% - 61,1 min tona qədər artıb. Ən böyük həcmdə bitum Rusiyadan idxal edilib - 44,4%. İkinci yerdə İraqdan  ( 31,7%), üçüncü yerdə Türkiyədən  ( 21,4%) tədarüklər gəlir.

Rusiya Qərbin sanksiyaları fonunda enerji ixracını fəal şəkildə yeni bazarlara istiqamətləndirir . Belə ki, avqustda Braziliya rekord həcmdə Rusiya neft məhsullarını idxal edir - sutkada təxminən 235 min barel, bu da iyul ayı ilə müqayisədə 25% çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31