320 qram çəki ilə doğulan körpə xilas edilib - ÖZƏL
21 Avqust 2023 14:08 DünyaSankt-Peterburqdan olan həkimlər 320 qram çəki ilə doğulan körpənin sağ qalmasını təmin ediblər. Bu barədə Birinci Uşaq Xəstəxanasının baş həkimi, tibb elmləri doktoru Aleksandr Qostimski
məlumat verib .
Onun sözlərinə görə, uşaq yanvar ayında, hamiləliyin 22-ci həftəsində doğulub və "xurma" boyda olub.
"İndi görür, nəfəs alır, yeyir. Təbii ki, o, bizimlə uzun müddət, bir neçə ay daha qalacaq. Amma əsas odur ki, yaşayır. Rusiyada əvvəllər belə hal olmayıb . Ümumiyyətlə, bizim gözəl reanimatoloqlarımız var", - deyə baş həkim bildirib.
O qeyd edib ki, Yüksək Tibbi Texnologiyalar üzrə Uşaq Multidissiplinar Klinik Mərkəzindən olan həmkarları uzun müddət yeni doğulmuş körpənin vəziyyətini stabilləşdirməyə çalışıblar, lakin "indi deyə bilərik ki, o, artıq çölə belə çıxıb".
Bir müddət əvvəl uşağa retinopatiya dərmanı vurulub və o, kökəlməyə başlayıb.