Ukrayna qüvvələri Artyomovsk yaxınlığında Rusiya cinahlarına hücum etməyə çalışır - ÖZƏL
21 Avqust 2023 13:06 Dünya"Ukrayna qüvvələri həftə sonu Artyomovskdan cənubda Kleşçeyevka, Kurdyumovka, Andreyevka yaşayış məntəqələri yaxınlığındakı Rusiya mövqelərinə bir neçə uğursuz hücum cəhdi edib".
Olaylar.az xəbər verir ki, bu barədə hərbi analitik və Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Yan Qaqin bildirib.
"Düşmən həftəsonu Kleşçeyevka, Kurdyumovka və Andreyevka yaxınlığındakı mövqelərimizə bir neçə dəfə hücuma cəhd edib. Cinahlara yenidən hücum etmək cəhdi uğursuz alınıb, artilleriyamız cəbhənin bu hissəsində xeyli itki verən düşmənin fəaliyyətini yatırıb. Kəşfiyyat məlumatları bir neçə zirehli texnikanın, bir neçə atəş mövqeyinin və azı iyirmi ukraynalı hərbçinin məhv edildiyini göstərir", - Qaqin bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31