Avropada qazın qiyməti kəskin artıb - ÖZƏL
21 Avqust 2023 13:02 DünyaOlaylar.az xəbər verir ki, Avropada qazın birjada qiyməti 1000 kubmetr üçün 480 dollara qalxıb.
Avqustun 21-də birja ticarətinin əvvəlində Avropada qazın qiyməti 1000 kubmetr üçün təxminən 480 dollara qalxıb.
Beləliklə, günün əvvəlindən qiymət artımı təxminən 16% təşkil edib.
Bloomberg-in məlumatına görə , qiymət artımı Avstraliyadakı mayeləşdirilmiş təbii qaz (LNG) zavodlarında maaşların artırılmasını tələb edən işçilərin qarşıdan gələn tətilləri ilə bağlıdır .
Digər yandan, Çin 2023-cü ilin ilk 7 ayında Rusiyadan neft, mayeləşdirilmiş təbii qaz (LNG) və boru kəməri qazı idxalını artırıb. Yanvar-iyul aylarında Çinə Rusiya neftinin tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 60 milyon tondan çox olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31