Ukrayna taxıl daşıyıcılarının sığortası üzrə razılaşmaya yaxındır - ÖZƏL
21 Avqust 2023 10:35 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna qlobal sığortaçılarla Qara dəniz limanlarına taxıl daşıyan gəmiləri sığortalamaq üçün planı yekunlaşdırır. Bu barədə Ukraynanın iqtisadiyyat nazirinin keçmiş müavini Aleksandr Qriban məlumat yayıb.
Qriban bildirib ki, hazırda müvafiq nazirliklər, eləcə də yerli banklar və beynəlxalq sığorta qrupları, o cümlədən Lloydchr("39")s of London sığorta bazarı arasında razılaşma hazırda işlənib hazırlanır və fəal müzakirə olunur.
Sığorta sistemi sentyabrın əvvəlində tətbiq oluna bilər. Bu, 30-a qədər gəmini əhatə edə bilər.
Ukraynanın iqtisadiyyat nazirinin keçmiş müavininin sözlərinə görə, bu, strukturun necə inkişaf edəcəyindən və dövlətlə özəl sığorta şirkətləri arasında risklərin bölüşdürülməsinin hansı səviyyədə olacağından asılıdır.