Çindən İranla bağlı mesaj- "Hazırıq" - ÖZƏL
21 Avqust 2023 10:25 DünyaOlaylar.az xəbər verir ki, Çin İranla birlikdə xarici müdaxilələrə və birtərəfli təzyiqlərə qarşı durmağa hazırdır. Bunu Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla söhbətində deyib .
"Çin İranla işləməyə hazırdır", - deyə nazir bildirib.
Vanq Yi həmçinin iki dövlətin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumağa, inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını və beynəlxalq ədaləti qorumağa söz verib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər BRİKS çərçivəsində əməkdaşlıqdan danışıblar .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31