Almaniyada partlayışla müşahidə edilən güclü yanğın baş verib

Almaniyanın Hessen federal torpağında yerləşən Offenbah şəhərində tullantıların emalı ilə məşğul olan şirkətin ərazisində güclü yanğın baş verib.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi yerli administrasiyaya istinadən məlumat yayıb.

Məlumata görə, yanğın zamanı bir neçə partlayış baş verib. Artan tüstü yanğından çox uzaqda, o cümlədən yaxınlıqdakı Frankfurt-Mayndə müşahidə olunub.

Polis şəhər sakinlərinə evlərin pəncərə və qapılarını bağlamağı tövsiyə edib. Frankfurt-Maynın Offenbah hissəsində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Məlumdur ki, ərazisində yanğın baş verən şirkət, xüsusən də köhnə akkumulyatorların emalı ilə məşğul olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31