İspaniyada 26 min insan TƏXLİYƏ EDİLDİ
19 Avqust 2023 22:28 Dünyaİspaniyanın cənub-qərbindəki Kanar adalarından biri Tenerifedə yanğınlar səbəbindən insanlar təxliyə olunub.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, adadakı yanğınların söndürülməsi və risk altında olanların təxliyəsi üçün işlər davam etdirilir.
Kanar adaları müşaviri Kandelaria Delqado yerli RTVC telekanalına bildirib ki, Tenerifedəki yanğınlar səbəbindən ümumilikdə 26 min insan təxliyə edilib.
Rəsmilər avqustun 15-dən Kanar adasının ən böyük təbiət parkı da daxil olmaqla 5 min hektar ərazinin yandığı barədə məlumat yayıblar.
Tenerife meteorologiya səlahiyyətliləri temperaturun artmağa davam edəcəyi ilə bağlı məlumat paylaşıb.
Bölgədən təxliyə ediləcək insanların sayının artacağı ehtimal olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31