Bu istiqamətlərdə 111 rus hərbçi məhv edildi
19 Avqust 2023 14:24 DünyaUkrayna Müdafiə Qüvvələri gün ərzində Baxmut istiqamətində 75 , Kupyansk istiqamətində isə 36 rus işğalçısını məhv edib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun Şərq qruplaşmasının spikeri Sergey Çerevatıy deyib.
"Baxmut istiqamətində müdafiə qüvvələri düşmənə təzyiq göstərməkdə, təşəbbüsü saxlamaqda davam edir. Düşmən hücumlarımızı güclü şəkildə dəf edərək ilk növbədə artilleriyadan istifadə etməyə çalışır. Ümumilikdə 11 toqquşma olub. 152 nəfər yaralanıb, 3 nəfər əsir düşüb", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31