ABŞ Avstraliyaya 22 “HIMARS” sistemi satacaq

ABŞ Dövlət Departamenti Avstraliyaya 22 "HIMARS" reaktiv yaylım atəşi sisteminin satışını təsdiqləyib.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (Defense Security Cooperation Agency) məlumat yayıb.

Agentliyin məlumatına əsasən, Avstraliya ABŞ-dan 22 ədəd reaktiv yaylım atəşi sistemi ilə yanaşı müvafiq avadanlıq da alacaq və satışı nəzərdə tutulan cəmi silahların ümumi dəyəri 975 milyon dollar olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31