İsfahanda silahlı insident: 4 nəfər öldü
19 Avqust 2023 13:53 DünyaAvqustun 18-i gecə saatlarında İsfahan şəhərində silahlı qarşıdurma olub.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsfahan əyalətinin polis idarəsi məlumat yayıb.
İnsident nəticəsində iki polis zabiti və hücum edən şəxslərdən ikisi ölüb.
Öldürülən polis zabitlərinin Əmir Hüseynzadə Əhmədi və Məhəmməd Ehsan Şərifi olduğu açıqlanıb.
Hadisənin təfərrüatı barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31