Luna-25-dən Ay səthinin ilk fotoşəkili

Rusiya Federal Kosmik Agentliyi "Luna-25" stansiyasının Ay səthinin ilk fotoşəkilini çəkdiyini açıqlayıb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) Ayın orbitinə çıxmağa davam edən Luna-25 avtomatik stansiyasının STS-L kameraları ilə Ay səthinin ilk fotoşəkillərinin çəkildiyi açıqlanıb.

"Bu gün Moskva vaxtı ilə saat 08:23-də (GMT ilə eyni) çəkilmiş şəkildə Ayın arxasındakı cənub qütb krateri Zeeman görünür. Krater mərkəzinin koordinatları 75 dərəcə cənub eninə və 135 dərəcə qərb uzunluğuna uyğundur", - deyə agentliyin məlumatında bildirilib.

Açıqlamada, həmçinin, dünyadan görünməyən Zeeman kraterinin Ay səthində bənzərsiz bir obyekt və tədqiqatçılar tərəfindən böyük marağa səbəb olduğu, krater ətrafındakı yüksəkliyin isə 8 kilometr yüksəkliyə çatdığı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31