“X” sosial şəbəkəsində “qara siyahı” funksiyası ləğv ediləcək - FOTO

"X" ("Twitter") sosial şəbəkəsində insanları "qara siyahı"ya əlavə etmək funksiyası ləğv ediləcək.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "X" rəhbəri İlon Mask bildirib.

Maskın fikrincə, bu funksiyanın "məntiqi yoxdur".

Əgər o, gələcəkdə dediyini etsə, istifadəçilər müəyyən istifadəçilərin onların yazılarını oxumasına qadağa qoya bilməyəcəklər. Funksiyanın nə zaman aradan qaldırılacağı ilə bağlı isə iş adamı dəqiq məlumat verməyib.

Lakin eyni zamanda istifadəçilərdən gələn mesajları bloklamaq mümkün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31