Messi “Inter Mayami”yə keçidinin ƏSL SƏBƏBİNİ AÇIQLADI
18 Avqust 2023 23:23 DünyaArgentinalı hücumçu Lionel Messi niyə "Paris Saint-Germain"dən "Inter Mayami"yə keçmək qərarına gəldiyini açıqlayıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ESPN nəşri məlumat yayıb.
"Çox düşündük və ailəmlə birlikdə qərar verdik. Buraya həyatım boyu oynadığım futboldan həzz almağa davam etmək üçün gəldim. Mən buranı əsasən buna görə seçdim", - forvard bildirib.
Xatırladaq ki, 36 yaşlı Messi iyulun 15-də "İnter Mayami"yə keçib. Onun ABŞ klubu ilə müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31