SOCAR 719 min lari cərimə ilə razılaşmır - Atacağı ilk addımı açıqladı
18 Avqust 2023 22:27 DünyaGürcüstanın Milli Rəqabət Agentliyi yanacaq bazarında ən böyük 5 şirkəti ümumilikdə 4 milyon lari məbləğində cərimələyib.
Olaylar.az Aktual.ge-ya istinadən xəbər verir ki, cərimə olunanlar arasında "SOCAR Georgia Petroleum" qərarla razılaşmayıb və apellyasiyaya məhkəməsinə müraciət edəcəklərini bəyan edib.
"Biz Rəqabət Agentliyinin rəyi ilə razı deyilik və apellyasiyaya müraciət etməyi planlaşdırırıq. Mətbuatdan eşitdik ki, adları çəkilən bəzi şirkətlər də məhkəməyə müraciət etməyi planlaşdırır. Ümid edirik ki, bizə arqumentlərimizi təqdim etmək imkanı veriləcək və ədalətli nəticə əldə edəcəyik", - "SOCAR Georgia Petroleum"-dan BPN-ə bildirilib.
Qeyd edək ki, Gürcüstan Rəqabət Agentliyi yanacağı yüksək qiymətdə saxladığına görə beş şirkəti 4 milyon lari məbləğində cərimələyib. Cərimələnən şirkətlər - "Lukoil-Georgia" MMC, "Visol Petroleum Georgia" ASC, "San Petroleum Georgia" MMC ("Gulf"), "SOCAR Georgia Petroleum" MMC və Rompetrol Georgia MMC-dir.