Putin bu tarixdə Qazaxıstana gedəcək
18 Avqust 2023 19:12 DünyaQazaxıstan iki ölkə arasında regionlararası əməkdaşlıq forumunda iştirak etmək üçün payızda Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfərini gözləyir.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Moskvadakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın Moskvadakı səfiri Dauren Abayevlə görüşüb:
"Tərəflər Qazaxıstan-Rusiya əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, inteqrasiya strukturları çərçivəsində qarşılıqlı fəaliyyət, həmçinin, regional və beynəlxalq aktual məsələləri müzakirə ediblər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31