Almaniyada yeni qanun layihəsi ictimaiyyəti ikiyə böldü - ÖZƏL

Almaniyada Nazirlər Şurası tərəfindən təsdiqlənən və Səhiyyə Naziri Karl Lauterbax tərəfindən təqdim edilən narkotikin məhdud leqallaşdırılmasına dair qanun layihəsi cəmiyyəti iki yerə bölüb. 

Almanların bəziləri gənclərin və uşaqların narkotik əldə etmələrini asanlaşdıracağı səbəbiylə qanun layihəsinə qarşı çıxarkən, bəziləri də qara bazardan satış yerinə nəzarət altında satılacağını əsas gətirərək qanun layihəsini müdafiə etdi. Kölndə yaşayan Jutta Bungard yeni qanun layihəsinə müsbət baxmadığını ifadə edərək, insanların bunu həddi aşaraq məsuliyyətsiz hərəkət edə biləcəyini bildirib. Bungard, "Ola bilsin ki, onu içib maşın sürənlər olsun və bu, böyük təhlükə yaradacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31