17 nəfər şaurmadan ZƏHƏRLƏNDİ
17 Avqust 2023 19:34 DünyaRusiyanın Vladimir şəhərində iaşə məntəqələrinə gələn 17 nəfər şaurmadan zəhərlənib.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un Vladimir vilayəti üzrə departamenti məlumat yayıb.
Belə ki, 17 nəfərdə kəskin bağırsaq infeksiyası faktı ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlanılıb.
Qurum mütəxəssisləri nümunələr götürmək və əlavə laboratoriya müayinələri aparmaq üçün iaşə obyektlərinə gediblər.
Zəhərlənmə faktları ilə bağlı Vladimir vilayətinin prokurorluğu digər iaşə obyektlərində də yoxlamalar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31