Ərdoğanın səsi ilə dələduzluq edən şəxs yaxalandı
17 Avqust 2023 18:44 DünyaTürkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstehbarat Təşkilatı) Prezident Rəcəb Tayyib Ərdoğanın səsini süni intellektlə təqlid edərək iş adamları, yüksək vəzifəli şəxslərə qarşı dələduzluq əməli törətməyə çalışan şəxsi yaxalayıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində əcnəbilərin adından istifadə edərək əldə etdiyi 10-dan çox fərqli GSM xətti ilə müxtəlif şəxslərə zəng edən şəxsin yeri və kimliyi müəyyən edilib.
Hüquq-mühafizə orqanları bu kimi kibercinayətkarlıq əməllərinə qarşı vətəndaşları ayıq-sayıq olmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31