Baltikyanı ölkələr NATO və Aİ-yə gedən yolda Ukraynanı dəstəklədilər- ÖZƏL

Baltikyanı ölkələrin baş nazirləri NATO və Aİ-yə gedən yolda Ukraynanı tam dəstəklədiklərini bəyan ediblər. 

Estoniya, Latviya və Litvanın baş nazirləri Kaja Kallas, Krisjanis Karins və İnqrida Simonyte bu gün Tallinndə birgə bəyanatla çıxış edərək, NATO və Avropa İttifaqına gedən yolda Ukraynaya tam dəstəklərini bəyan ediblər. Estoniya hökumətinin mətbuat xidməti vurğulayıb ki, Baltikyanı ölkələrin baş nazirləri Şimali Atlantika Alyansına qoşulmağın Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyinə inanırlar. "Biz Ukraynanın ən qısa zamanda alyansa qoşulmaq səylərini sarsılmaz dəstəkləyirik. Ukrayna demokratiya, fərdi azadlıq və qanunun aliliyi kimi ümumi prinsiplərimizi təşviq etməyə və Şimali Atlantika regionunun təhlükəsizliyinin təmin edilməsinə töhfə verməyə hazır olduğunu sübut etdi",- deyə  mətbuat xidməti vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31