Taliban Əfqanıstanda yeni hücuma keçib- ÖZƏL

Taliban  Əfqanıstanın şimal-şərqində müqavimət qüvvələrinə qarşı hücuma başlayıb. Məlumata görə  beş gündür ki, taliblər Bədəxşan əyalətinin Şevle və Şahad rayonlarında Milli Müqavimət Cəbhəsinin qüvvələrini yatırmaq üçün əməliyyat keçirirlər. Bu ərazilərdə Taliban qruplarının sayının 800 nəfər olduğu bildirilir.

Ölkənin müxtəlif bölgələrində Talibana qarşı üsyanların sayı artıb və Kabil, Pərvan, Təxar və Bədəxşan əyalətlərində onların rejiminə etirazlar olub. Avqustun 16-da Taliban Əfqanıstanda "şəriətə əsaslanmayan" siyasi partiyaların fəaliyyətinə qadağa qoyulduğunu elan etdi. Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl ölkədə qeydiyyatdan keçmiş 73 siyasi partiya var idi. İndi partiya liderlərinin əksəriyyəti ölkəni tərk edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31