Ekspert: Yadplanetlilər fil boyda hörümçəklər ola bilər- ÖZƏL
17 Avqust 2023 16:36 Dünyaİngiltərədən olan təkamülçü ekspert deyib ki, potensial yadplanetlilər hörümçəklərə bənzəsələr də, fil ölçüsündə ola bilərlər. Dünyanın 12 universitetinin fəxri doktoru olan Riçard Dawkinsin fikrincə, yadplanetlilər Yer kimi bir planetdən olsaydılar, böyük ehtimalla insanlara bənzəyəcəkdilər. "Çox güman ki, bizimkinə bənzər başqa bir planet var, bəlkə də bizə bənzər canlılar təkamül edə bilər. Mən tamamilə əminəm ki, yer üzündən kənar həyat var" deyə alim bildirib. Ancaq yadplanetlilər cazibə qüvvəsi çox zəif olan bir yerdən gəlsələr, o zaman onların görünüşü hörümçəklərə bənzəyəcək və bu cür həyat formalarının fiziki ölçüləri fillərlə müqayisə edilə bilər. Mütəxəssis bu məlumatları çoxillik araşdırmadan götürüb.
Bundan əvvəl keçmiş MKİ agenti yadplanetlilərin qalıqlarının Pentaqon tərəfindən aşkar edildiyini açıqlamışdı.