Qazaxıstan Rusiya telekanalına çıxışı dayandırıb- ÖZƏL
17 Avqust 2023 16:26 DünyaQazaxıstan Rusiyanın "Tsarqrad" telekanalına çıxışı kəsib. Bu barədə ölkənin İnformasiya və İctimai İnkişaf Nazirliyi məlumat verib. Məlumata görə, kanala giriş ekstremizmin təbliğatı səbəbindən bağlanıb.
Bundan əvvəl Qazaxıstan hakimiyyəti Tsarqrada qarşı dörd əmr vermişdi ki, onlardan sonuncusu "Qazax millətçiləri Qələbə Günü ərəfəsində rus qadınlarını terror edir" başlıqlı dərc olunmuş məqalə ilə bağlı idi.
İndi kanalın saytı bütün Qazaxıstan ərazisində bloklanıb.
Tsargrad özünü Rusiyanın ilk mühafizəkar kanalı kimi təqdim edir. Onun təsisçisi iş adamı Konstantin Malofeyevdir. O, beynəlxalq axtarışdadır, həmçinin Avropa İttifaqı və ABŞ-ın sanksiya siyahılarındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31