İsveçdə terror təhlükəsi 4-ə yüksəldi- ÖZƏL

İsveçin Dövlət Təhlükəsizlik Xidməti SVT1 telekanalının məlumatına görə, terror təhlükəsi səviyyəsinin 5-dən 4-ə qaldırıldığını açıqlayıb. Departamentdə qeyd edilib ki, ölkə islamçıların prioritet hədəfinə çevrilib. Qeyd olunur ki, İsveçdə terror təhlükəsi səviyyəsinin artırılması ilə bağlı qərar strateji və uzunmüddətli perspektivdə nəzərdən keçirilməlidir.  Bundan əvvəl İsveçlə bərabər Danimarka və Hollandiyada terror təhlükəsinin artması ilə üzləşdiyi bildirilib. Bu barədə İsveç Milli Polisinin Əməliyyat Departamentinin terrorla mübarizə bölməsinin rəhbəri Maqnus Şöberq bildirib. Onun sözlərinə görə, söhbət islamçı qruplardan gedir.

O əlavə edib ki, terrorçuların diqqətinin artması krallıqda Qurana zidd hərəkətlər səbəbindən müşahidə olunur. Şöberq vurğulayıb ki, hazırda İsveç terror təhlükəsinin üçüncü səviyyəsinə malikdir. İyunun 28-də İsveçdə Quranın yandırılması ilə bağlı aksiya keçirilib və bu aksiya İslam dövlətlərinin etiraz və qınaq zəncirinə səbəb olub. Bunu yerli polisin icazəsi ilə İraqdan olan 37 yaşlı Salvan Momika adlı mühacir həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31