Sarkozi ABŞ-dan imtina, Rusiyaya güzəşt təklif etdi
17 Avqust 2023 12:40 DünyaAvropa Birliyi artıq müharibəyə girmədən müharibə aparmaq ideyasına sadiq qala bilməz. Ukraynadakı münaqişəni uzatmaqla ABŞ-ın maraqlarını izləməkdənsə, diplomatiya yolunu tutmaq lazımdır.
Olaylar.az Axar.az-a istinadən bildirir ki, bunu Fransanın keçmiş prezidenti Nikola Sarkozi deyib.
"Cəsarət edib bu çıxılmaz vəziyyətdən çıxmaq lazımdır. Çünki bu planda Avropanın maraqları amerikalılarla üst-üstə düşmür. Xüsusilə də münaqişə uzanarsa, strategiyamızı aydınlaşdırmalıyıq. Güzəşt olmadan heç nə mümkün deyil, biz vəziyyətin hər an pisləşə biləcəyi riski ilə üzləşirik", - Sarkozi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31