İstanbulda sərnişin avtobusu dənizə düşdü - VİDEO

Türkiyənin İstanbul şəhərinin Eminönü rayonunda sərnişin avtobusu dənizə düşüb.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Hürriyət " qəzeti məlumat yayıb.

Məlumata görə, avtobus park edilmiş vəziyyətdə olub və naməlum şəraitdə dənizə düşüb.

Sürücü bildirib ki, avtobus birdən-birə hərəkətə gəlib və dənizə doğru irəliləməyə başlayıb.

Nəqliyyat vasitəsinin içində sərnişin olmayıb.

Qeyd edək ki, hadisə yerinə polis və yanğınsöndürənlər cəlb ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31