Kırıkkale müdafiə sənayesi fabrikində yanğın baş verib
16 Avqust 2023 22:02 DünyaTürkiyənin Kırıkkale müdafiə sənayesi fabrikində yanğın baş verib
Olaylar.az Trend-a istinadən xəbər verir ki, yanğın 1 saat davam edib.
"Bu gün günorta saatlarında müdafiə sənayesində fəaliyyət göstərən bir fabrikdə yanğın baş verib. Yanğınsöndürmə və axtarış-xilasetmə qrupları yanğına müdaxilə edib", - deyə Yahşihan Bələdiyyə Başçısı Osman Türkyılmaz bildirib.
Açıqlamada qeyd edilib ki, yanğında itki baş verməyib, lakin fabrikə böyük ziyan dəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31