Ağ Ev Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə münasibət bildirib - ÖZƏL

ABŞ Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli ATACMS raketlərinin tədarükü ilə bağlı hələlik qərar qəbul etməyib, lakin onların göndərilməsinin mümkünlüyü müzakirə edilir.

Olaylar.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"ATACMS ilə bağlı yenilənmiş məlumatım yoxdur. Prezident (ABŞ Co Bayden) bildirib ki, (onların göndərilməsi imkanları) nəzərdən keçirilir. Ukraynaya bu və ya digər şəkildə tədarük etdiyimiz silah sistemləri ilə bağlı daxili müzakirələrin təfərrüatlarını açıqlamayəcəyəm", - deyə o bildirib.

Avqustun 11-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, çatdırılma halında uzaqmənzilli "Taurus" və "ATACMS" raketləri yalnız Ukrayna ərazisində istifadə olunacaq. O, Ukrayna Silahlı Qüvvələrinə cəbhə xəttində uğurlu irəliləyiş üçün Almaniya və Amerika mərmilərinin lazım olduğunu etiraf edib.

Bundan əvvəl bildirilmişdi ki, Ağ Ev Ukraynaya ATACMS operativ-taktiki raketlərinin tədarükündən imtina etmək qərarına sadiqdir. Rəsmilərin sözlərinə görə, ABŞ administrasiyası qərarında möhkəm dayanır, "ən azı hələlik, qanunvericilərin artan təzyiqlərinə və Ukrayna hökumətinin tələblərinə baxmayaraq".

İyulun 21-də ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Amerika lideri Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə Ukraynaya ATACMS taktiki raketlərinin tədarükü məsələsini müzakirə edir.

Bundan əvvəl ABŞ Ukrayna Silahlı Qüvvələri üçün ən böyük təhlükələrdən birinin adını çəkmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31