Türkiyənin Adana vilayətinin Aladağ rayonunda zəlzələ olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkan 4,5 maqnitudada baş verib.
Zəlzələ yerli saatla 17:36-da, yerin təxminən 7,3 kilometr dərinliyində baş verib.
Məlumata görə, dağıntı və tələfat yoxdur.