Liviyada toqquşmalarda ölənlərin sayı artdı
16 Avqust 2023 19:14 DünyaLiviyanın paytaxtı Tripolidə hökumət qoşunları ilə silahlı qruplaşma arasında baş verən toqquşmalarda ölənlərin sayı 55-ə, yaralıların sayı isə 146-ya çatıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Libya Əl-Ahrar" telekanalı məlumat yayıb.
Qeyd edək ki, Tripolidə "Ər-Rada" qruplaşmasının üzvləri ilə hökumət qoşunları arasında şiddətli döyüşlər davam etməkdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31