Polşa Avropa sursat bazarında liderliyini elan edir - ÖZƏL
16 Avqust 2023 16:31 DünyaPolşa Silah Qrupunun rəhbəri Sebastyan Çvalek bildirib ki, Polşa Avropada sursat istehsalı üzrə liderə çevrilir.
"Mən əminəm ki, bizim nəinki Avropa sursat bazarında lider olmaq şansımız var, artıq bu baş verib".
İyun ayında Polşa Silah Qrupu Milli Müdafiə Nazirliyi ilə 1 milyon dəst artilleriya mərmisinin tədarükü üçün müqavilə imzalayıb. Təşkilat prezidentinin sözlərinə görə, müqavilənin bağlanması əsl sıçrayışdır. O vurğulayıb ki, şirkət üç ildən artıqdır ki, istehsal gücünü artırır.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Polşa ABŞ , Britaniya və Cənubi Koreyadan irimiqyaslı silah alışına başlayıb. O, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kollegiyasının iclasında bildirib.
Onun sözlərinə görə, Varşava qitənin ən güclü ordusunu qurmaq niyyətini açıqlayıb.