Çin İrandan rekord həcmdə neft idxal edir - ÖZƏL
16 Avqust 2023 15:58 Dünya2022 -ci ilin avqustundan İrandan Çinə neft idxalı ən azı son 10 ildə ən yüksək səviyyədədir. Olaylar.az xəbər verir ki,
Kpler analitik şirkətinin məlumatına görə, Çinin sanksiyalara məruz qalmış İran neftinin idxalı ən azı on ilin ən yüksək səviyyəsinə çatıb.
Qeyd olunur ki, buna səbəb endirimlə satılan neftin qiymətinin cəlbediciliyidir.
Bu ay dünyanın ən böyük neft idxalçısı İrandan gündə təxminən 1,5 milyon barel neft alacaq. İlin ilk aylarında aylıq tədarük səviyyəsi sutkada 917 min barel olub.
Mayın 17-də İranın neft naziri Cavad Oudci bildirib ki, Rusiya və İran respublikada on yeni neft və qaz yatağının birgə işlənməsini müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31