ABŞ Rusiya ilə bağlı İrana müraciət edib - ÖZƏL

ABŞ İrandan Rusiyaya pilotsuz təyyarələrin tədarükünü dayandırmasını istəyib. Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin mənbələrinə görə, ABŞ İrandan Rusiyaya pilotsuz uçuş aparatlarının, eləcə də onlar üçün ehtiyat hissələrin çatdırılmasını dayandırmasını istəyir.

Financial Times mənbələrinə görə, Tehran dəfələrlə Moskvadan onlardan münaqişədə istifadəni dayandırmağı xahiş edib" lakin Vaşinqton daha konkret addımlar"istəyib.

Bundan əvvəl ABŞ Ticarət Departamenti Rusiyadan pilotsuz uçuş aparatlarının (PUA) tədarükü ilə bağlı məlumatlara görə İrana ixrac məhdudiyyətlərini sərtləşdirib .

Sənəddə deyilir ki, Vaşinqtonun fikrincə, Ukraynada istifadə edilən dronların Rusiyaya tədarükü ilə əlaqədar Tehrana qarşı "yeni ixrac nəzarət tədbirləri" tətbiq edilir . Nazirlik bu addımın ABŞ-ın milli təhlükəsizlik və beynəlxalq siyasət sahəsində maraqlarına zidd olduğunu vurğulayıb.

ABŞ-ın iki ölkə arasında silahlanma məsələsində əməkdaşlığa dair fikrini İsrailin baş naziri Netanyahu da bölüşür və İranın Ukraynada istifadə üçün pilotsuz təyyarələr tədarük etdiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31