Google-dan 20 min Nigeriyalıya rəqəmsal təhsil - ÖZƏL
16 Avqust 2023 14:24 DünyaGoogle, "Mind the Gap" proqramı çərçivəsində Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada 20 min gənc və qadına rəqəmsal təhsil təqdim edəcək.
Olaylar.az xəbər verir ki, Nigeriya Prezidentliyindən verilən açıqlamaya görə, Nigeriyanın vitse-prezidenti Kaşim Şettima və Google Afrika rəhbərləri paytaxt Abucada bir araya gəlib. Google-un Qərbi Afrika direktoru Çarlz Murito yığıncaqda verdiyi açıqlamada, Google-un başlatdığı "Boşluqdan çəkinin" proqramı çərçivəsində Nigeriyada 20 min gənc və qadına rəqəmsal təhsil veriləcəyini bildirib. Proqramın nigeriyalılara məlumat elmi, süni intellekt, veb inkişafı və mobil proqramların inkişafı kimi müxtəlif sahələrdə təlimlər təqdim edəcəyini qeyd edən Murito, proqramın Nigeriya hökumətinə ölkədə 1 milyon rəqəmsal iş yeri yaratmağa kömək edəcəyini söylədi. Vitse-prezident Şettima, Nigeriyanın böyük gənclər əhalisi üçün rəqəmsal məşğulluq sahələri yaratmağı planlaşdırdığını bildirdi. Google-un təşəbbüsünün gənclərin rəqəmsal iqtisadiyyatda iştirakını artırmaq üçün hökumətin üzərinə götürdüyü öhdəliyə uyğun olduğunu deyən Şettima, hökumətin də layihə üzərində ölkə bankları ilə birlikdə işlədiyini qeyd edib.