Məşhur aktyor 36 yaşında vəfat etdi

 

 Britaniyalı aktyor Darren Kent 36 yaşında vəfat edib.

Medianews.az xəbər verir ki,  aktyorun ölüm xəbərini  aktyor agentliyi X (Twitter) öz səhifəsində paylaşıb.

"Game Of Thrones"  və "EastEnders" kimi seriallarda rol alan  Darren Kent uzun müddət keçirdiyi xəstəliklə mübarizədə məğlub olub.

Kent steoporoz, artrit və nadir dəri xəstəliyi ilə mübarizə aparırdı.

Ölümündən sonra dostları və pərəstişkarları sosial şəbəkələrdə onun istedadına kədər və heyran olduqlarını bildirən mesajlar paylaşıblar.

Kent əlil və imkansız qrupların səhnə sənətlərində iştirakını dəstəkləyən "Bərabər İnsanlar"  dərnəyinin sədri idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31