Marsda günlər qısalır, planet hər gün daha sürətli fırlanır - ÖZƏL

NASA tərəfindən əldə edilən məlumatlara görə, Mars planetində daha sürətli fırlanma müşahidə edilir.

"OLAYLAR" trthaber-ə istinadən bildirir ki, NASA Mars planetinin dərin daxili hissəsini araşdırmaq üçün nəzərdə tutulmuş "InSight" adlı robot tərəfindən toplanan məlumatlar əsasında belə qənaətə gəlib. 900 gün ərzində əldə edilən məlumatlara əsasən, Marsda ildə təqribən 4 millisaniyəlik sürətlənmə qeydə alınıb. Planetdə baş verən sürətli dönmələr Marsda günlərin qısalmasına da səbəb olub.

Tədqiqatda qeyd edilir ki, dəyişiklik son dərəcə kiçikdir. Mars günü Yer günündən təxminən 40 dəqiqə uzundur. Planetin fırlanmasının sürətlənməsi günlərin uzunluğunun ildə təxminən bir millisaniyə qısalması deməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31