Hər sinifdə əcnəbi tələbələr üçün limit tətbiq ediləcək? - ÖZƏL
16 Avqust 2023 10:45 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının rəhbəri Sergey Mironov təhsil naziri Sergey Kravtsova hər sinifdə əcnəbi uşaqların sayının 10%-lə məhdudlaşdırılmasını təklif edib.
Mironov xatırladıb ki, indi uşaqlar rus dilinin ana dili olan məktəblərdə və bu dildə əcnəbi dil kimi danışan məktəblərdə təhsil alırlar.
"Ümumtəhsil siniflərində rus dilini yaxşı bilməyən şagirdlərin olması xüsusi pedaqoji vəziyyət yaradır", -deyə partiya sədri vurğulayıb.
Onun sözlərinə görə, problemin həlli üçün xüsusi mütəxəssis-müəllimlər, xarici dil kimi rus dili müəllimləri tələb olunur. Mironov, dili kifayət qədər bilməyən uşaqların sayının minimuma endirilməsinin zəruriliyinə diqqət çəkib.
Həmçinin, siyasi birlik rus dilini əlavə öyrənmək üçün kommersiya kurslarının açılması təşəbbüsü ilə çıxış edib.
İyunun ortalarında ukraynalılar övladlarına Britaniya məktəblərində rus dilinin öyrədilməsindən şikayətləniblər .