İran Rusiya ilə birgə avtomobil istehsal edəcək - ÖZƏL

İranda Rusiya ilə birgə avtomobil istehsal etmək istəyi var. Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali açıqlama verib Olaylar.az xəbər verir ki, hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır.

"Biz avtomobillərin birgə istehsalına sadiqik. Mən özüm Rusiya avtomobil sənayesinin bəzi zavodlarında oldum və mənə elə gəlir ki, bu mənada biz bir-birimizi tamamlaya bilərik. İndi bununla bağlı çox ciddi danışıqlar gedir", - deyə diplomat bildirib.

Kazem Cəlalinin sözlərinə görə, bu istiqamətdə İran Tver və Kaluqa vilayətləri ilə əməkdaşlığa başlayıb. Bundan əlavə, diplomat Nijni Novqoroddakı avtomobil zavodunda olduğunu bildirib və ikitərəfli əməkdaşlıq potensialını qeyd edib.

İranın Rusiya ilə birgə avtomobil istehsalı məsələsi üzərində işləməsi bu ilin martında məlum olub. Birgə layihənin nə vaxt ortaya çıxacağı bilinmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31